16 
apr
2022
18:49
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ABŞ səfirliyi və Ermənistan banklarının Rusiyaya qarşı gizli “əməkdaşlığı” üzə çıxdı

16 apr, 2022
18:49
969

ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın bank sektoru ilə Rusiya əleyhinə sanksiyalar mövzusunda işlədiyini etiraf edib.
Bu barədə “Hraparak” qəzeti diplomatik nümayəndəlikdən alınan yazılı cavaba istinadən bildirib.
Qəzet bir qədər əvvəl səfirliyə sorğu göndərib və diplomatik missiyanın rəhbəri Lin Treysinin təxminən bir ay əvvəl Mərkəzi Bankın binasında Ermənistan banklarının rəhbərləri ilə görüş keçirib-keçirmədiyini öyrənməyə çalışıb. Eyni zamanda səfirin bank rəhbərləri qarşısında Rusiya vətəndaşlarına kömək etməklə “Qərb sanksiyalarından yan keçməyə çalışmayın” tələbini irəli sürüb-sürmədiyi barədə sual ABŞ səfirliyi qarşısında qaldırılıb.
Nəşr qeyd edib ki, səfirlik öz yazılı cavabında faktiki olaraq bu məlumatı təsdiqləyib.
Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın