28 
mar
2023
07:05
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Son əməliyyat Ermənistanla yanaşı, Rusiyaya da ağır zərbə oldu”

28 mar, 2023
07:05
1178

Ermənistanla sülh Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntqəsinin qoyulmasından sonra mümkün ola bilər”.
"Turkdunyasi.az" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusunun Xankəndi ətrafındakı son uğurlu əməliyyatından sonra Ermənistandan Qarabağın dağlıq hissəsinə gizli yolla hərbi yüklərin daşınması dayandırılıb:
“Azərbaycan ordusunun Xankəndi-Xəlfəli-Turşsu yoluna nəzarəti bərpa etməsi Rusiyanı da çıxılmaz vəziyyətə salıb. Çünki Qarabağda separtizmin qalmasında maraqlı olan Rusiya bununla bölgədə hərbi qarşıdurma vəziyyətini də qoruyub saxlayır. Azərbaycanın atdığı addımlar isə Kremlin bu məkrli planını pozur. Son əməliyyat bu yöndə Ermənistanla yanaşı, Rusiyaya da ağır zərbə oldu.
Azərbaycan Rusiya ilə müzakirələrində bu xüsusda heç bir güzəştə getmir. Çünki Bakı Moskvanın planından xəbərdardır. Rusiyanın Qarabağ erməniləri ilə bağlı planında separatçı “Donbas ssenarisi” var. Ona görə də Bakı Kremlin vasitəçilyindən imtina etməlidir. Hesab edirəm ki, Rusiya hərbi kontingenti Qarabağda qaldıqca, erməni icmasının Azərbaycana reinteqrasiyasına mane olacaq. Qənaətimə görə, Azərbaycan yalnız Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla separatçılar və Rusiyanın pozucu fəaliyyətlərinin önünə keçəcək”.
Məhəmməd Əsədullazadə ABŞ və Avropa Birliyinin vasitəçilik səylərinə də diqqət çəkib:
“Ermənistanla Azərbaycan arasında yeni hərbi eskalasiya ehtimalı ABŞ dövlət katibi Blinken və Avropa Birliyinin rəhbəri Şarl Mişelin hər iki ölkənin liderləri ilə son telefon danışıqlarından sonra müəyyən qədər gündəmdən çıxdı. Bununla belə, Ermənistan danışıqlarda müəyyən üstünlük qazanmağa çalışır, bu məqsədlə də Azərbaycana qarşı təxribatlarını davam etdirə bilər. Amma Paşinyan indi Azərbaycanla yanaşı, ABŞ və Avropa Birliyinin də təzyiqi ilə üzləşib. Hesab edirəm ki, Ermənistan baş naziri bu təzyiq altında sülhdən danışır.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Laçın yolunda postumuzun qoyulmasından və silahlı erməni birləşmələrinin ərazilərimizdən çıxarılmasından sonra mümkün olacaq. Ermənistan isə çalışır ki, Qarabağla bağlı bəzi təkliflərini qəbul etdirə bilsin. Azərbaycan bunun qarşısını almaq üçün hazırkı siyasətini davam etdirməlidir”.

Bizimlə əlaqə saxlayın