17 
apr
2022
12:20
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gürcüstanın mədəniyyət xadimlərinin Gəncəyə səfəri başlayıb - YENİLƏNİB + FOTO

17 apr, 2022
12:20
8081

Gürcüstanın mədəniyyət xadimləri Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.
"Report"un Qərb bürosu xəbər verir ki, qonaqlar dağıntıya məruz qalan əraziyə gül düzüblər, həlak olanların xatirəsini anıblar. 
Onlara ermənilərin şəhərdə törətdikləri terror aktları barədə ətraflı məlumat verilib. 
Nümayəndə heyəti daha sonra Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilən binası ilə tanış olublar. Mədəniyyət xadimləri teatrda konsert proqramı ilə çıxış edəcəklər.
10:20
Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb.
"Report"un Qərb bürosu xəbər verir ki, onlar İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkəcəklər.
Gürcüstanlı qonaqlara Ermənistanın törətdiyi terror barədə məlumat veriləcək.
Daha sonra Dram Teatrında gürcüstanlı müğənnilərin ifadəsində kiçik konsert proqramı təşkil olunacaq.
Gürcüstanın mədəniyyət xadimləri Ağdam şəhərinə də səfər edəcəklər.






Bizimlə əlaqə saxlayın