17 
apr
2022
12:31
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ukraynada bütün istiqamətlərdə döyüş gedir - Baş Qərargah

17 apr, 2022
12:31
961

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsi hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb.
 
Turkdunyasi.az UNİAN-a istinadən xəbər verir ki, hazırda bütün istiqamətlərdə aktiv əməliyyatlar gedir.
 
"Donetsk və Tavriya istiqamətlərində Mariupola aviazərbələr endirilir. Rusiya qoşunları dəniz limanı yaxınlığında hücum əməliyyatları həyata keçirib. 810 və 155-ci ayrı-ayrı dəniz piyada briqadalarının bölmələri desant dəniz əməliyyatı üçün hazırlanır", - məlumatda deyilir.
 
Həmçinin qeyd olunub ki, hazırda bu istiqamətdəki informasiyalar dəqiqləşdirilir:
 
"Müvəqqəti işğal edilən ərazilərdə mülki əhaliyə qarşı talanlar və zorakılıq davam edir. Son sutka ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 10 hücumu dəf edilib. Həmçinin 15 tank, 24 zirehli texnika və 3 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 5 PUA və 6 qanadlı raket vurulub”.

Bizimlə əlaqə saxlayın