E-mail: [email protected]
Gədəbəy məsələsi Milli Məclisdə müzakirə olundu: “Süni gölü hədəf seçdilər”
Milli Məclisdə Gədəbəy rayonu Söyüdlü kəndində baş verənləri müzakirə edir.
Milli Məclisin növbədənkənar sessiyasında Söyüdlü kəndində baş verən hadisələrlə bağlı çıxış edən deputat Elnur Allahverdiyevin sözlərinə görə, istənilən cəmiyyətdə problem olan hadisədir və hökumətin də vəzifəsi bu problemi həll etməkdir.
“Təəssüflər olun ki, bu hadisədən öz siyasi məqsədlər üçün faydalanan qüvvələr var. Məqsəd hökumətlə xalqı üz-üzə qoyub qarşıdurma yaratmaqdadır. Həmin qüvvələr bu niyyətlərinə nail ola bilməyəcək. Bu gün Azərbaycanda xalqla iqtidar arasında bir həmrəylik mövcuddur”, - o qeyd edib.
O eyni zamanda sosial şəbəkələrdə prosesi qızşıdırlmasının yolverilməzliyini dilə gətirib.
Deputat Fazil Mustafa isə deyib ki, Zəngəzur dəhlizi istiqamətində yürüdülən mübarizənin öz bəhrəsini verməsi, bəzi qüvvələri narahat etməyə başlayıb: “Bu qüvvələr ölkədə təlatüm yaratmaq üçün Gədəbəydəki süni gölü hədəf seçdilər”.
Deputat eyni zamanda sosial şəbəkələrdə hadisənin qüvvələri qınayıb.
Deputat Elman Nəsirov, Sevinc Hüseynova, Sahib Alıyev baş verən hadisələrdə bəzi xarici qüvvələrin əlinin olduğu. Onlar Söyüdlüdə yaşananları ölkədə sabitliyi pozmağa yönəlik hadisə hesab ediblər.