29 
iyn
2023
11:00
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Paşinyanın arvadı müdafiə naziri olacaq? - “Zəmin hazırlanır”

29 iyn, 2023
11:00
1174

"Turkdunyasi.az" oxu.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Milli Assambleyasının keçmiş deputatı Naira Karapetyan deyib. O, yeni müdafiə nazirinin kim olacağı ilə bağlı ehtimallarını dilə gətirib.
"Uzun müddətdir dostlarımla söhbətdə təkidlə deyirəm ki, yeni müdafiə naziri vəzifəsinə qadının təyin olunması üçün zəmin hazırlanır. Böyük ehtimalla, bu, Anna Akopyan olacaq", - deyə o qeyd edib.
"Təbii ki, mənim dediklərimi təsdiqləyən çox sayda sətiraltı ifadələr, nüanslar var. Məsələn, qızların "könüllü-məcburi" hərbi xidmətə çağrılması, Annanın Çex Respublikasında bu ölkənin müdafiə naziri ilə müəmmalı görüşü... Niyə olmasın? Onun həmin vaxt Çex Respublikasına gedərkən əynindəki paltar, ərinin yanında rəsmi geyimdə olması və s.
İndi bu nüanslara daha biri - "xanım nazir" də əlavə olunur...", - deyə Naira Karapetyan vurğulayıb.

Bizimlə əlaqə saxlayın