31 
iyl
2023
10:30
44

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla görüşəcək

31 iyl, 2023
10:30
844

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.
Məlumata görə, görüş günorta saatlarında dövlət başçısının iqamətgahında baş tutacaq.
Qeyd edək ki, Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksəkvəzifəli rəsmi şəxslərlə də görüşlərinin keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın