19 
avq
2023
14:10
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan-Putin görüşü Rusiyada baş tuta bilər

19 avq, 2023
14:10
774

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü Rusiyada baş tuta bilər.
Turkdunyasi.az xəbər verir ki, bu sözləri “Sabah” qəzetinin köşə yazarı Okan Müdərrisoğlu deyib.
“Son “Vaqner” şoku və Beynəlxalq Cinayət Məhkəməsinə qədər uzanan təzyiqi nəzərə alsaq, Rusiya Prezidentinin ölkəni tərk etməsi ehtimalı güclü deyil. Bu başa düşülən səbəblər qarşısında Prezident Tayyib Ərdoğanın Rusiya səfərini gündəmə gətirməsi təəccüblü deyil”, – deyə o yazıb.
Eyni zamanda Müdərrisoğlu Ərdoğanla Putin arasında görüş üçün mümkün tarixi qeyd etməyib.
O, görüşün əhəmiyyətinə, o cümlədən Qara dəniz hövzəsində təhlükəsizliyin təmin olunmasına diqqət çəkib.
Müdərrisoğlu yazır ki, iyulun 17-də “Taxıl sazişi”nə xitam verildikdən sonra Qara dənizdə əldə edilməsi çətin olan təhlükəsizlik və sabitlik zədələnib.
“Rumıniya və Bolqarıstanın ərazi sularından istifadə etməklə taxıl dəhlizindən yan keçmək təşəbbüsləri Qara dəniz hövzəsində münaqişənin yayılması riskini artırıb”, – deyə o qeyd edib.
Avqustun 16-da “Shot Telegram” kanalı mənbələrə istinadən yazıb ki, Putin və Ərdoğan avqustun 31-də görüşə bilər, lakin danışıqların yeri dəqiqləşdirilməyib. Türkiyə Prezidentinin mətbuat xidmətindən TASS-a bildiriblər ki, iki dövlət başçılarının mümkün görüşü barədə hələlik konkret məlumata malik deyillər.
Avqustun 3-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, prezidentlərin görüşünün yeri və dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. O bildirib ki, görüş yeri müzakirə ediləcək, bu, mütləq Türkiyə deyil. (konkret.az) 

Bizimlə əlaqə saxlayın