26 
sen
2023
15:25
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan: “Əgər İrəvan məsələyə razılıq verməsə, yol İrandan keçəcək”

26 sen, 2023
15:25
1395

“Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirək. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
Türkiyə lideri bildirib ki, istər Zəngəzur dəhlizində, istərsə də Laçın yolunda sülh istəyiriksə, bu məsələ münaqişəsiz və səs-küysüz həll edilməlidir.
“Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq”, - Türkiyə prezidenti qeyd edib.
Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın