24 
mar
2022
14:22
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şoyqu 12 gündür yoxa çıxıb...

24 mar, 2022
14:22
387

Rusiyanın müdafiə naziri haradadır...
Rusiya-Ukrayna müharibəsinin 29-cu günüdür. Hərbi əməliyyatların davam etdiyi bir məqamda Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun yoxa çıxması diqqət çəkib.
RİATV.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, artıq 12 gündür Şoyqudan xəbər yoxdur. Nazirin harada olması, niyə ortaya çıxmaması ciddi suallar doğurur.
Müharibə aparan ölkənin hərbi əməliyyatlara birbaşa məsul olan nazirinin müəmmalı şəkildə yoxa çıxması dünya mediasının gündəmini zəbt edib. Artıq bir çox nüfuzlu media orqanları rus qoşunlarının Ukraynada böyük itkilər verməsi, əməliyyatların uğursuz olması səbəbindən Şoyqunun prosesdən kənarlaşdırıldığını yazır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun fikrincə, Rusiya Prezidenti Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqu arasında fikir ayrılığı yaranıb. Ordu generalı məhz bu səbəbdən kənara çəkilib.
Digər məlumatlarda isə Şoyqunun özünü yaxşı hiss etmədiyi, ürəyində problem olduğu bildirilir.
Hələlik bu iddialar Rusiya tərəfindən rəsmən təsdiqlənməyib, eyni zamanda generalın niyə görünməməsinə də aydınlıq gətirilməyib.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
 
Ukrayna Müdafiə Nazirliyinin yaydığı bugünkü məlumata görə, Rusiya ordusu döyüşlərdə indiyədək 15 800 hərbçisini itirib. Bundan əlavə, rusların 530 tankı, 1597 zirehli texnikası, 108 təyyarəsi, 124 helikopteri və 50 pilotsuz uçan aparatı məhv edilib.

Bizimlə əlaqə saxlayın