E-mail: [email protected]
Bir həftədən sonra Ermənistanla sülh müqaviləsi imzalanacaq? - Mühüm açıqlama
İlin sonuna qədər hər hansı bir sürpriz müqavilənin imzalanacağını qətiyyən düşünmürəm. Çünki bunların hamısı növbəti dəfə Ermənistanın sülhpərvər görüntüsü yaratmasından başqa bir şey deyil”.
Həftənin əvvəlində Ermənistan parlamentinin spikeri Alen Simonyanın yaxın 15 gün ərzində sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu deyib. Daha sonra hər 2 ölkənin baş nazir müavinlərinin Azərbaycan-Ermənistan sərhədindəki görüşü baş tutub.
N. Mirinin sözlərinə görə, rəsmi İrəvan sülh müqaviləsi prosesində diktə edən tərəf deyil, müqavilə müharibələrin nəticələrinə uyğun hazırlanmalıdır:
“Qalib tərəf Azərbaycandır. Ermənistanın İspaniyanın Qranada şəhərində Azərbaycansız imzaladığı bir bəyanat var. Onu Aİ, Fransa və ABŞ dəstəkləyir. Bu, dolayısı çərçivə sazişidir ki, Azərbaycan bunu əsla qəbul etməz. Bu, Azərbaycan dövlətinin milli maraqlarına uyğun bir davranış deyil”.
Siyasi təhlilçinin fikrincə, Simonyanın bəyanatı, sadəcə olaraq, İrəvanın növbəti dəfə sülhpərvər görüntüsü yaratmaq xarakteri daşıyır:
“Sülh qovşağı” da uydurma layihədir. Bunların hamısı növbəti manipulyasiyadır. Qazaxdakı görüşlər də formal bir xarakter daşıyır. Çünki Ermənistan sərhəddə sülh müqaviləsini müzakirə etmək görüşündən imtina edə bilmədiyi üçün delimitasiya ilə bağlı olan işçi qrupunun görüşünü təklif edib. Lakin beşinci görüşdə bəzi məsələlər razılaşdırılıb. Amma ortada konkret bir nəticə yoxdur.
Azərbaycanın işğalda olan 8 kəndinin geri qaytarılması hələ də problematik bir məsələdir. Çünki Ermənistan ittihamlarla çıxış edir. Bu da onu sübut edir ki, İrəvan strateji ərazilər saydığı, Azərbaycana məxsus 4 kəndi geri qaytarmaq istəyində deyil. Azərbaycan növbəti dəfə hərbi əməliyyat keçirə bilər. Çünki 44 günlük Vətən müharibəsindən sonra 2021 və 2022-ci ilin sentyabrı və ən nəhayət, 2023-cü ilin sentyabrın 19-u həyata keçirilən antiterror əməliyyatına qədər baş tutan bütün əməliyyatlar göstərdi ki, Ermənistan indiyə qədər aldığı “dəmir yumruq”dan heç bir şəkildə dərs çıxarmır. Növbəti yumruğu Ermənistanın başına endirməklə Azərbaycanın işğalda olan torpaqlarını, xüsusilə də Kərki və Yuxarı Əskiparanı geri qaytarmaq lazımdır ki, Ermənistanın yeganə quru çıxışı olan Gürcüstan yolu da nəzarətimizə keçsin.
Bununla da məsələ bitir, çünki burada həm İran, həm də Ermənistanın maraqları var. Ona görə də bundan sonra atılacaq strateji addım bundan ibarət olmalıdır. Əgər biz bunu bu gün etməsək, eləcə də gələcəkdə sülh müqaviləsi və yaxud çərçivə sazişi imzalansa və bəzi dövlətlər buna təminat vermiş olsalar, həmin kəndləri geri qaytara bilməyəcəyik”.