dek
2023
12:00
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qoca Səmədov vəfat etdi

7 dek, 2023
12:00
1181

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub. Bu ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.
O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Bizimlə əlaqə saxlayın