24 
apr
2022
02:45
95
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Zelenski: “Putinlə görüşdən qorxmuram”
24 apr, 2022
02:45
9595
"Müharibəni dayandırmaq istəyirəm. İki yol var. Diplomatik və hərbi yol. İstənilən sağlam insan diplomatik yolu seçir. Çünki bilir ki, milyonlarla insan itkisinin qarşısını ala bilər”.
Turkdunyasi.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski müharibəni dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini söyləyib.
"Putinlə görüşdən qorxmuram. Qorxmağa haqqım yoxdur, çünki xalqımız heç nədən qorxmadığını nümayiş etdirdi. İnsanlar övladları üçün qorxur. Söhbət dövlətçiliyimizdən və müstəqilliyimizdən gedirsə, normal lider qorxmamalıdır”, - deyə Ukrayna lideri vurğulayıb.