30 
iyl
2024
05:16
30

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ABŞ 87 tankını Polşaya göndərir

30 iyl, 2024
05:16
230

ABŞ NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Almaniyadakı hərbi bazalardan zirehli texnika və artilleriya qurğularını Polşaya köçürür.
Turkdunyasi.az TASS-a istinadən xəbər verir ki, Polşanın mərkəzi hissəsindəki Povidz hərbi bazasına 87 tank, 150 piyada döyüş maşını və 18 özüyeriyən artilleriya qurğusu göndəriləcək.
Məlumata görə, NATO-nun şərq cinahını gücləndirmək üçün planlaşdırılan əməliyyatın bir hissəsi kimi texnikanın köçürülməsi sentyabrın sonuna qədər davam edəcək.
Qeyd edək ki, tikintisinə 2022-ci ilin yayında başlanılan Povidzdəki bazada ABŞ texnikası və sursatları üçün anbar 2025-ci ildə tam hazır olacaq.

Bizimlə əlaqə saxlayın