25 
apr
2022
12:34
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Makron Ermənistana gələcək

25 apr, 2022
12:34
1267

Yenidən Fransa prezidenti seçilən Emanuel Makronun Ermənistana gələcəyi gözlənilir.

Bu barədə məlumat Ermənistanın baş naziri Nikol Paşinyanın Emanuel Makrona ünvanladığı təbrik mesajında açıqlanıb.

“Əminəm ki, növbəti beş il üçün yenidən prezident seçilməyiniz Ermənistan və Fransa arasında imtiyazlı münasibətlərə yeni təkan verəcək, razılaşdırılmış birgə proqramlarımızı, o cümlədən ikitərəfli iqtisadi əlaqələrin intensivləşdirilməsinə yönəlmiş səyləri uğurla davam etdirməyə imkan verəcək”, - Paşinyan deyib.

O, Ermənistanın regionda uzunmüddətli sülhün bərqərar olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

“Sizi yaxın gələcəkdə İrəvanda qəbul etməyi səbirsizliklə gözləyərək, inamlı qələbəniz münasibətilə bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram”, - Paşinyanın mesajında qeyd edilib.

Bizimlə əlaqə saxlayın