26 
apr
2022
09:28
87
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Britaniya Ukrayna mallarına tətbiq etdiyi bütün tarifləri ləğv edib
26 apr, 2022
09:28
987
Böyük Britaniya Ukrayna mallarına tətbiq etdiyi tarifləri ləğv edib.
Bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
Belə ki, yaxın günlərdə Ukraynadan idxal olunan malların bütün tarifləri sıfıra endiriləcək, bütün kvotalar ləğv ediləcək.
“Böyük Britaniya çətin anlarda Ukraynaya iqtisadi dəstək verəcək”, – məlumatda həmçinin qeyd olunur.
Bundan əlavə, İngiltərə Rusiyanın Ukrayna xalqını repressiya etmək üçün istifadə edə biləcəyi mal və texnologiyaların bu ölkəyə ixracına qadağa qoyduğunu da elan edib.
Mənbə: Gov.uk