E-mail: [email protected]
Milli Məclisin payız sessiyası başladı - Yenilənib
Bu gün VII çağırış Milli Məclisinin payız sessiyasında ilk plenar iclası keçirilir.
Turkdunyasi.az xəbər verir ki, iclası Milli Məclisin sədri Sahibə Qafarova açıb.
S. Qafarova payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Məclisin sədri payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulayıb.
Milli Məclisin sədri payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulayıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin ilk iclasında çıxış edib: “Biz ölkəmizin yeni bir mərhələsinə qədəm qoymuşuq. Parlamentin gücü onun birlik zəkasındadır.
Milli Məclisin ayrı-ayrılıqda hər bir üzvünün fəaliyyəti vacibdir. Fəaliyyətimizdə beynəlxalq və milli reallıqları nəzərə almalıyıq. Milli Məclis Prezident İlham Əliyevin daxili və xarici siyasətini rəhbər tutaraq fəaliyyət göstərəcək”. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə keçirilən növbədənkənar seçkilər qanunvericiliyə tam uyğun şəkildə aparılıb.
“İlk dəfə olaraq bu il Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirilib. Seçkilərdə 6478 seçki məntəqəsi yaradılıb ki, onun 54-ü işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərirdi. Növbəti seçkiləri biz artıq tarixi torpağımız olan Qərbi Azərbaycanda da keçirəcəyik”, - deyə, M.Pənahov bildirib.