14 
okt
2024
11:23
151

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA

14 okt, 2024
11:23
11151

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Turkdunyasi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilib məlumata görə
Oktyabrın 14-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit, yağıntılı keçir, bəzi yerlərdə leysan xarakterli intensivdir.
Düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 17 mm, Oğuzda 14 mm, Zaqatala, Qəbələdə 11 mm, Goranboy, Naftalanda 9 mm, Tərtər, Balakən, Yevlax, Gədəbəydə 8 mm, Xaltan, Mingəçevir, Bərdə, Qax, Şəkidə 6 mm, Ağdam, Altıağac, Göyçay, Beyləqan, Kürdəmir, İsmayıllı, Ağsu, Qobustanda 2 mm, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Zərdab, Qrız, Şahdağ, Quba, Qusar, Şabran, Astara, Göygöl, Şamaxı, Şəmkir, Gəncə, Ceyrançöl, Tovuz, Daşkəsən, Xaçmaz, Sədərək, Şahbuz, Naxçıvanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 3 mm, Maştağada 2 mm, Bakı, Pirallahıda 1 mm-dək olub.
Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Balakən, Şəki, Qax, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Neftçalada duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

Bizimlə əlaqə saxlayın