10 
noy
2024
12:32
26

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıya qarşı film “Oskar”dan çıxarıldı: XİN-dən reaksiya

10 noy, 2024
12:32
826

Cari ilin sentyabr ayında erməni əsilli iordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “Mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.
Turkdunyasi.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İordaniya tərəfinin erməniəsilli rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri götürməsi ilə bağlı medianın sualına cavabında deyib.
“Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb”, - Hacızadə bildirib.
XİN rəsmisi İordaniya tərəfinin bu qərarını alqışladıqlarını qeyd edib.

Bizimlə əlaqə saxlayın