E-mail: [email protected]
Vadim Dubnov: “ATƏT-in Minsk qrupunu yenidən canlandırmaq imkanlarını görmürəm”
Bir neçə gün əvvəl Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Azərbaycanla guya Qarabağ separatçıları ilə heç bir müzakirə aparmadan razılaşmaları istisna etdi və ardınca Ermənistanda müxalifətin etiraz aksiyaları başladı. Bundan əlavə, Ermənistanda ənənəvi Məşəl yürüşləri keçirildi və müxalifət Paşinyanın 2018-ci ildəki hərəkətlərini təkrar edərək İcevandan İrəvana doğru hərəkət etməyə başladı.
Bəs Ermənistan hakimiyyəti bu etirazlara istinad edərək Azərbaycanla sülh sazişi imzalamaqdan imtina edə bilərmi?
Tanınmış analitik, Qafqaz üzrə ekspert, “Azadlıq” radiosunun icmalçısı Vadim Dubnov Oxu.Az-a açıqlamasında qeyd etdi ki, ümumilikdə bu, o qədər də ciddi təzyiq faktoru deyil, çünki ən azından, indi hələ heç nə imzalanmayıb:
“Müqavilə bağlandıqda isə nə baş verəcəyi və müxalifətin hansı resursları birləşdirə biləcəyi bəlli deyil. İndi əsas rolu kənar oyunçular oynayırlar, Ermənistan daxilində Nikol Paşinyanın hələlik xüsusi riskləri yoxdur, onun 2018-ci ildə etdiklərini isə heç kim təkrar edə bilməz. Onun guya “Qarabağla bağlı məsləhətləşmələr aparmaq” mövzusunda bəzi variasiyalar tapması isə yenilik deyil. Bu, sınaqdan keçirilmiş köhnə yaradıcılıq irsidir”.
Vadim Dubnov Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin etdiyi, ABŞ tərəfdən isə Qafqazdakı prosesləri Endrü Şaferə həvalə etdiyi bir vaxtda İrəvanın hələ də ATƏT-in Minsk qrupunun mövcudluğuna inanması ilə bağlı məsələni isə belə şərh edib:
“Baş verən bütün halları, hətta Qarabağa aidiyyəti olmayan hadisələri nəzərə alsaq və son illərin tarixinə baxsaq, ATƏT-in Minsk qrupunun yenidən canlandırmaq imkanlarını görmürəm”