10 
dek
2024
12:18
47
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna dəyişiklik qəbul olunub
10 dek, 2024
12:18
747
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna dəyişiklik üçüncü oxunuşda qəbul edilib.
Turkdunyasi.az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.
Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq, konfidensiallığın qorunub-saxlanılmasıdır.
Layihə səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.