29 
yan
2025
14:35

27
yuxarı
Ankarada üçtərəfli görüş başladı

29 yan, 2025
14:35
927
Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilir.
Turkdunyasi.az xəbər verir ki, iclasda üç ölkənin xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edir.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Görüş zamanı Orta Dəhlizin önəminin artmasına diqqət çəkiləcəyi, Suriya və Qəzzada baş verənlər, həmçinin Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi gözlənilir.