E-mail: [email protected]
Paşinyanın kortejindəki avtomobil hamilə qadını vuraraq öldürüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanı müşayiət edən polis avtomobili yolu keçmək istəyən 29 yaşlı hamilə qadını vurub.
Məlumata görə, insident ötən çərşənbə axşamı Yerevanın Paronyan və Leo küçələrinin kəsişməsində baş verib.
Sürücü əvvəlcə cinayət yerindən qaçsa da, sonra geri qayıdıb.
Ermənistan İstintaq Komitəsi sürücünün saxlanıldığını bildirib. Rəsmi məlumatlarda avtomobilin Paşinyanın kortejini müşayiət etməsi ilə bağlı heç bir fakt yoxdur. Lakin bu barədə hadisə şahidləri və jurnalistlər danışıblar.
Xəsarət alan qadın Nairi Tibb Mərkəzinə çatdırılıb və orada vəfat edib.
Yerli mətbuatda yayılan məlumatlara görə, avtomobili yol polisinin zabit tağımının komandiri idarə edib.
Mərhuma gəlincə, o, informasiya texnologiyaları sahəsində çalışıb. Onun ilk övladı bu yay dünyaya gəlməli idi.
Mənbə: “Sputnik Armenia”