may
2025
14:29
41

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Hindistan Azərbaycana qarşı nankorluğa başladı

8 may, 2025
14:29
641

Hindistanda sosial şəbəkələrdə Azərbaycanın əleyhinə kütləvi boykot kampaniyası başlayıb. Kampaniyanın əsas səbəbi rəsmi Bakının Pakistana verdiyi açıq dəstək göstərilir.
Turkdunyasi.az xəbər verir ki, kampaniya iştirakçıları hind ictimaiyyətini Azərbaycana səfər etməməyə və Azərbaycan istehsalı olan məhsulları almamağa çağırır. Bu çağırışlar xüsusilə “X” (keçmiş Twitter) və Instagram platformalarında sürətlə yayılmaqdadır.
Maraqlıdır ki, bu ilin əvvəlindən Azərbaycana səfər edən turistlərin sayına görə Hindistan ikinci yerdə qərarlaşır. Turizm sektorunun nümayəndələri bu boykotun yay mövsümündə ölkəyə turist axınına mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.

Bizimlə əlaqə saxlayın