

E-mail: turkdunyasi.az@mail.ru
27 may 2025-ci il tarixində Masallı Dövlət Regional Kollecində tədbir keçirilib.

27 may 2025-ci il tarixində Masallı Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini Namik Ağayevin və DİN-nin İnsan alverinə qarşı mübarizə Baş idarəsinin Baş əməliyyat müvəkkili Vamiq Naməndzadənin birgə iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.
Turkdunyasi.az xəbər verir ki, İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Namik Ağayev ümumbəşəri problem olan insan alverindən, fəsadlarından, potensial təhlükə altında olan insanlar arasında məlumatlılığın artırılması, bu istiqamətdə müvafiq tədbirlərin görülməsindən bəhs etdi. Tədbirdə çıxış edən Vamiq Naməndzadə insan alverinin ümumi formalarından, cəlbetmə yollarından, qurbanlarından, dövlət səviyyəsində bu çirkin alverə qarşı keçirilən mübarizə tədbirlərindən, insan alveri qurbanlarına fiziki və psixoloji reabitasiya məsələlərindən, bu vacib məsələ ilə mübarizə yolları, qurbana çevrilməmək üçün qorunma vasitələri haqqında əhatəli məlumat verdi. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.