dek
2025
12:22
60

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ehtiyac meyarı artdı

9 dek, 2025
12:22
760

Milli Məclis 2026-cı il üçün ehtiyac meyarının həddi üçüncü oxunuşda qəbul edib.

Turkdunyasi.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.
Bu, o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26% artırılması nəzərdə tutulur.
Layihə qəbul ediləcəyi təqdirdə, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın