17 
may
2022
21:45
108

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda taksi sürücüsü ilə sərnişin xanım mübahisə edib - VİDEO

17 may, 2022
21:45
14108

Bakıda taksi sürücüsü ilə xanım sərnişinin mübahisəsini əks etdirən görüntülər yayılıb.
Turkdunyasi.az Oxu.Az-a istinadən xəbər verir ki, videogörüntülər sosial şəbəkədə paylaşılıb və istifadəçilər arasında ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə aprelin 22-də Nizami rayonu ərazisində baş verib.
Mübahisə tərəfləri qarşılıqlı olaraq polisə müraciət ediblər. 
Yanında azyaşlı övladı olan 
L.Mustafayeva ilə avtomobilin yüksək sürətlə idarə edilməsinə görə iradından əsəbiləşən sürücü Ə.Mustafayev arasında mübahisə yaranıb. Müraciətlərə müvafiq polis bölməsində baxılmaqla, araşdırma aparılıb.  Məlum olub ki, həmin xanım polis əməkdaşı deyil, jurnalist fəaliyyəti ilə məşğuldur. 
Araşdırma zamanı hər iki tərəf izahat ərizələrində göstərdikləri xüsusatları təsdiq ediblər. Araşdırmanın gedişində tərəflər ərizə ilə təkrar müraciət edərək  barışdıqlarını və şikayətlərinin olmadığını bildiriblər.

Bizimlə əlaqə saxlayın