24 
may
2022
09:53
100
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Azərbaycanda təmizlik idarəsi təmizliyə görə CƏRİMƏLƏNDİ
24 may, 2022
09:53
12100
Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsində nöqsan aşkar olunub.
Lent.az xəbər verir ki, idarə əməkdaşları sənaye tullantılarını məhv edərkən ətraf mühitə və ekologiyaya zərər vurublar.
Ona görə də idarə barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. İş hakim Çingiz İsgəndərovun icraatına verilib.
Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər 6 500 manatdan 8 000 manatadək cərimələnir.