10 
iyn
2022
20:37
120

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Valideynlərini itirmiş uşaqlara 265 manat kompensasiya ödəniləcək - QƏRAR

10 iyn, 2022
20:37
16120

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 265 manat kompensasiya ödəniləcək.
Nazirlər Kabineti bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra - AMEA) təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilməli və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 265 manat məbləğində pul kompensasiyası ödənilməlidir.

Bizimlə əlaqə saxlayın