10 
iyn
2022
22:26
132

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qosqoca Gəncənin bərbad kommunal xidməti... - FOTOFAKT

10 iyn, 2022
22:26
12132

Gəncədə əhaliyə xidmət göstərən ən kapriz və müasirliyə möhtac qurum Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyidir. Son illərdə bir neçə müdir dəyişən, hələ də köhnə sovet ənənəsilə fəaliyyətini davam etdirən MKTİB-də yaşı 60-ı ötmüş qadın işçilərin şəhərin bu başından digər ucuna motosikletlərlə daşınması, adı işdə olanların əvəzinə, gecə-gündüz eyni zavallıların işlədilməsi, maddi-texniki bazanın pas atması diqqətəlayiqdir.

Teref.az xəbər verir ki, Demokratik.Az-ın təqdim etdiyi maşına diqqətlə baxın. Hər gün şəhərin küçələrində sürülən sovet yadigarı "QAZ-52"-lər hayı gedib lap vayı qalıb. Zibil daşınmasında səfərbər olan maşın özü də deyir ki, Gəncə MKTİB hansı səviyyədə idarə olunur, əhalidən yığılan pullar necə havaya sovrulur...

Bizimlə əlaqə saxlayın