E-mail: [email protected]
Bu gün toyu olacağı iddia edilən azyaşlının anası DANIŞDI: “Mən icazə vermirdim” - VİDEO
Yeniyetmə qızın anası Məleykə Əhmədova “Xəzər Xəbər”ə bir neçə gün əvvəl nişan mərasiminin keçirildiyini etiraf edib.
Hadisə rayonun Balakürd kəndində olub.
M.Əhmədovanın sözlərinə görə, oğlan tərəfi tezliklə toy edib qızı aparmaq istəyib, ancaq qız tərəfi buna razı olmayıb:
“Onlar dedilər ki, toy edək. Mən icazə vermirdim. Dedim ki, uşağımın yaşı azdı, iki il gözləyin 18 yaşı tamam olsun, sonra toy edək”.
Oğlan tərəfinin rayonun Yeni Yol kəndində yaşadığı bildirilir. Sosial şəbəkələrdə toyun iyunun 27-də keçiriləcəyi qeyd olunurdu. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra erkən nikahın qarşısı alınıb.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini Mirvari Ağamalıyeva bildirib ki, toy mərasiminin qarşısı alınsa da, hazırda aidiyyəti qurumlar tərəfindən həmin ailələr nəzarətdə saxlanır.
Daha ətraflı süjetdə:Mövzu ilə əlaqədar
Azərbaycanda daha iki azyaşlının evləndirilməsinin qarşısı alınıb