E-mail: [email protected]
Sabirabad Rayonunda "Əxlaqsızlıq yuvası saxlayan" Rövşən Şahbazovu kimlər himayə Edir?-VideoFakt
Əxlaqsızlığın birinci növbəli növü insan alveridir. Dünyanın bir çox ölkələrində insan alveri ilə bağlı problemlər var. Burada əsas rol oynayan hissə isə qadın alveridir. Belə ki, işbazlar qadınlar üzərindən milyonlarla pul qazanırlar. Qadın alveri dünya ilə yanaşı Azərbaycanda da aktual problemlərdən biridir. Təəssüflər olsun ki, buna qarşı nə qədər maarifləndirici və inzibati tədbirlər görülsə də ardı-arası kəsilmir.
Ölkəmizdə 2000-ci ilin dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu plan əsasında indiyə qədər ölkə ərazisində fəaliyyətdə olan yüzlərlə əxlaqsızlıq yuvasının işinə xitam verilib və fahişəliyi təbliğ edən şəxslər cəzalandırılıb.
Lakin qadın alverinin sayı günü-gündən artmaqda davam edir. Məmurların qoruduğu sauna, kafe, masaj salonları, otel və istirahət mərkəzləri adı altında fəaliyyət göstərən yerlərin sayı bu gün də kifayət qədərdir. Onlar bu işi çox peşəkarlıqla edirlər. Bu obyektlərin mövcudluğu təhlükə mənbəyidir. Bu yerlər gələcək üçün əmanət edilən milli-mənəvi dəyərlərimizi uçuruma aparır.
“Bəzi dövlətlərdə fahişəlik xidməti qanuni olsa da, bir çox dövlətlərdə, xüsusilə də İslam dininin daha çox yayıldığı ölkələrdə, eləcə də Azərbaycanda qanunla qadağan edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Lakin qeyd etdiyiniz kimi, təəsüflər olsun ki, hələ də əxlaqsızlıq yuvaları gizli də olsa fəaliyyət göstərir. Onlardan bəziləri “Kafe, çay," pivə" və sair adlar altında kamuflaj olunurlar və bu qanuna zidd fəaliyyəti təşkil edirlər.
Təəssüf ki, ayrı-ayrı bölgələrdə bu cür iyrənc üsullarla pul qazanan adamlara rast gəlmək mümkündür. Adətən, həmin şəxslər iaşə obyektlərini hədəf seçir, öz çirkin niyyətlərini bu məkanlarda həyata keçirməyə çalışırlar. Hansı ki, həmin məkanların bu cür fəaliyyətlə məşğul olmağa icazəsi yoxdur. Adının çəkılməsını istəməyən etibarlı mənbə saytımızın "WhatsApp" nömrəsinə göndərdiyi video çəklişdə bu faktları təsdiq edir. Mənbə bildirir ki, Sabirabad rayonu mal bazarının ərazisində Şahbazov Rövşən Hacıbarad oğlu da, heç bir icarə müqaviləsi və rəsmi sənədi olmayan kafedə əxlaqsızlıq yuvası təşkil edib. Elə həmin kafedə çalışan Adının Samirə olduğunu deyən dırnaq arası xanım 15 manata görüşdüyünü bildirməklə kafenin əxlaqsızlıq yuvası olmasını bir daha sübut edir. Çox biabırçı hal bundan ibarətdir ki, Şahbazov Rövşən bu cinayət əməlinə oğlu Kamranıda cəlb edib. Belə ki, Rövşən özü oldu-olmdı oğlu Kamran bütün günü kafedə olur və orada çalışan "xanımların" əxlaqsızlıqla məşğul olmalarından xəbərdardır. Onuda qeyd edək ki, Rövşən Şahbazov özü iş icracısı (prarav) vəzifəsində çalışır qardaşı Kürdoğlu isə Şirvan Şəhər bələdiyyə sədridir. Məhz bu səbəbdən də, Şahbazov Rövşən Qanunlara meydan oxuyur. Hec nədən qorxmadan, çəkinmədən insan alveri ilə məşğuldur. Görünür ki, Şahbazov Rövşənə "krişa"-lıq edən məmur da, bu cür iyrənc üsullarla qazanılan pula şərikdir. Əgər belə olmasaydı əlbəttə ki, bu cür cinayətə göz yumulmazdı. Məgər Sabirabad RPŞ-nin xəbəri yoxdur ki, rayon ərazisində bir neçə əxlaqsızlıq yuvası fəaliyyət göstərir? Əgər həqiqətəndə xəbərləri yoxdursa demək RPŞ-i İşləmir? O,zaman biz xəbərdar edirik. Elin gözü tərəzidir... Həmin videonu təqdim edirik.
Mövzunu: diqqətdə saxlayacayıq.