27 
iyl
2022
12:54
144

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Cənab Ölkə başçısının diqqətinə: Vüqar Kərimovun əlindən təbiət qan ağlayır

27 iyl, 2022
12:54
9144

Belə bir deyim var "Meşələr Planetimizin ağ ciyəridir".
Əgər bu belədirsə, bəs onda niyə Qoyunu qurda tapşıran kimi təbiətimizin qorunmasın da Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova tapşırılıb?!
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev ekologiya sahəsində olan kadr məsələlərin və bir də yoxlamaları özünə yaxın bildiyi, müavini olan Vüqar Kərimova tapşırıb. Vüqar müəllim cənab Babayevin sadalövlüyündən istifadə edərək öz bildiyini istədiyi kimi edir.
Vüqar Kərimov son illər Ölkə təbiətində törətdiyi cinayətlərin sayı-hesabı yoxdur. Onlardan bir neçəsin oxuculara çatdırmaq istəyirik:

-Meşələrdə saxta yoxlamaların keçirilməsi.

-Meşələrin kütləvi qırılması.

-Şəhər və rayonlarda yaş ağacların kəsilib yerində tikililərin salınması.

-Kustar üsulla hazırlanan kömür quyularının əvvəlki illərə nisbətən daha da çoxalması.

-Yalandan sənət üzərində meşə əkinlərinin salınması, amma realda faktiki salınmış o əkinləri 85% mövcud omaması.

-Çay yatağlarında olan torpaqın, qumun və qrabillərin qazılıb daşınması.

-Dövlət meşə fondu torpaqlarının qazılıb vətəndaş və kərpic zavodlarına satılması.

-Ekologiya sahəsinə yad ixtissaslı kadrları Regional Meşə, Park və Qoruq İdarələrinə direktor, müavin və baş mütəxəssis və mühəndislərin təyin etdirməsi. Məsələn, pensiyaya çıxmış komissar, hərbçi, dövlət idarələrindən qovulmuş, bədən tərbiyə müəllimləri və s.

Azerinfo.az xəbər informasiya agentliyinə etibarlı mənbədən daxil olan məlumata görə,
Vüqar Kərimov Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə pensiya çıxmış Rəsul Quliyev adlı hərbi komissarı təyin etdirib.
Komissar hara mürəkkəb sahə olan meşə hara!? Bunlar heç uyğun sahə belə deyil.
Mənbə bildirir ki, Ismayıllı rayonun Basqal qəsəbəsi yaxınlığında dövlət meşələri məhv edilərək kustar üsulla hazırlanan kömür istehsalına gedir.
Bunlar həm "yaşıl soyqrım" həyata keçirdir və eyni zamanda, təbiətimizi də kömürlə zəhərləyirlər.


Qarşı tərəf dinləməyə hazırıq


Cənab Ölkə başçısının  diqqətinə: Vüqar Kərimovun əlindən təbiət qan ağlayır
Cənab Ölkə başçısının  diqqətinə: Vüqar Kərimovun əlindən təbiət qan ağlayır
Cənab Ölkə başçısının  diqqətinə: Vüqar Kərimovun əlindən təbiət qan ağlayır
Cənab Ölkə başçısının  diqqətinə: Vüqar Kərimovun əlindən təbiət qan ağlayır
Cənab Ölkə başçısının  diqqətinə: Vüqar Kərimovun əlindən təbiət qan ağlayır
Cənab Ölkə başçısının  diqqətinə: Vüqar Kərimovun əlindən təbiət qan ağlayır

Bizimlə əlaqə saxlayın