10 
apr
2022
15:14
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gecə klubundakı partlayışda yaralananlardan daha biri vəfat etdi - FOTO

10 apr, 2022
15:14
783

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.
TƏBİB-dən bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
13:25
Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.
Ayxan Fətullazadə adlı şəxs ölüb.
O, gecə klubunda ofisiant işləyirmiş.
Turkdunyasi.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a faktı təsdiqləyiblər.
Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib, aprelin 9-u isə 2001-ci il təvəllüdlü Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində ölüb.

Bizimlə əlaqə saxlayın