10 
apr
2022
16:27
112

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bu bitki yağları ÜRƏYİMİZİ ÖLDÜRÜR

10 apr, 2022
16:27
7112

Ən təhlükəli yağ növlərinin siyahısı təqdim olunub. 
Bu barədə “Əl-Cəzirə” telekanalı ekspertlərə istinadla məlumat yayıb.
Beləliklə məlum olub ki, ən zəhərlisi günəbaxan yağıdır. Çünki onun tərkibində çoxlu omeqa-6 yağ turşuları var və onların artıqlığı bədəndə iltihablı prosesə, ürək xəstəliklərinin və onkologiyanın inkişafına səbəb ola bilər.

Diyetoloqlar palma yağlarının rasiondan xaric edilməsini də tövsiyə edirlər. Çünki yüksək temperatura qədər qızdırıldıqda, bu məhsul xərçəngə, ürək xəstəliyinə, qan dövranı sisteminə və diabetə səbəb ola biləcək təhlükəli maddələr buraxa bilər.
Qarğıdalı yağı da zərərli hesab olunur,  tərkibində omeqa-6 da daxil olmaqla çoxlu doymamış yağ turşuları var. Həm də iltihaba və qaraciyərin zədələnməsinə səbəb olur.
Ekspertlər çoxlu soya yağından çəkinməyi məsləhət görürlər, çünki o, ürək-damar xəstəlikləri, 2-ci tip diabet və metabolik sindrom riskini artırır.

Bizimlə əlaqə saxlayın