E-mail: [email protected]
Oğuz meşələrini kimlər, kimin hesabına necə, və neçəyə qırırlar? - Muxtar Babayevə müraciət FOTO
Ekologiya naziri cənab Muxtar Babayevə və mətbuat orqanlarına.
Oğuz rayonun Muxas kənd sakini Hümbət Musayev tərəfindən
Oğuz rayonun Oğuz meşəbəyliyində baş vermiş qanunazidd halarla bağlı bildirirlir ki, meşə gözətçisi Salamov Nərimanın ərazisi ( Calud meşəsi) , 02 saylı meşə dolayı meşə gözətçisi İsmayılın baxdığı ərazi və Muxas meşəsi- Həkimova Bənövşənin guya qoruduğu meşə dolaylarında sentyabrın 2-dən sonra kütləvi halda yanıb. Yanğın təxminən 600-700 ha ərazini əhatə edir.Bu qədər yanğın qarşılığında heç bir meşə gözətçisi və sahə rəisindən heçnə soruşulmayıb. Muxas kəndində meşə yanan vaxt meşə gözətçisinə zəng çatmayıb, işdə olmayıb. Bundan əlavə eşitmişik ki, ekologiya naziri bu ayın 15-16-da Oğuz rayonu ərazisində yanan ərazilərə yerində baxış keçirəcək. Ona görə də biz çox xahiş edirik ki, cənab nazir əvvəlcə Oğuz rayonun Mollalı, Sincan, Tayıflı, Xalxalqışlaq, Calud, Muxas və Qəbələ rayonun Dandıx, Soluqca, Nic kəndlərinə gəldiyi avtomobilini yol kənarında saxlasın. Görək nəfəs ala bilirmi? Aidiyyatı qurumlara bu barədə deyəndə cavab verirlər ki, yanan və tüstüsü çıxan həyət ağaclarıdır. Lakin onlardan kimsə soruşmur ki, həyətində kim dəlidir ki, bu qədər ağac kəsib yandırsın. Qış deyilki?
Sizdən xahiş edirik ki, Oğuza gələndə bu işlə ciddi məşğul olun. Qəbələ-Oğuzun meşə direktorunun başı pula o qədər qarışıb ki, bu işlə məşğul olmağa vaxt tapa bilmir. Bir iki gün əvvəl ona zəng edib bildirdim ki, Muxas meşəsində maşına fısdıq materialı yığırlar. O isə dərhal meşə qıranlara zəng edib bildirdi ki, mənə Hümbət zəng edib, tez aradan çıxın. Bundan əlavə olaraq ona dəflərlə zəng edib bildirdim ki, Tayıflı kəndində qırma sahəsində guya 17 kub m. işlik material var. Ancaq orada hər gecə bir URAL markalı maşınla materiallar daşınır. Bu günə ( 10 sentyabra ) kimi tək bu meşədən 21 URAL avtombili işlik material daşıyıblar. Region müdiri Ramin isə heç vecinə deyil, ancaq pulunu yığır., hər reys maşına 600 manatdan olmaqla. Bu Raminin arxasında kim durur bilinmir. Ancaq onu bilirik ki, bu adam dövlətimizin meşələrinə külli-miqdarda ziyan vurur. Ya ölkə rəhbərliyini, ya da naziri saymır. Oğuzun Tayıflı kəndində yerləşən meşədə qırma adı altında 37 ədəd diametri 2 metr və daha çox olan ağacları kəsib damqa vurublar. Həmin ağaclardan 600 kub m. təşkilatlara odun tədarük olunmalıdır. Və 17 kub m işlik material satılmalıdır. Ramin həmin qırma sahəsi olan ağaclara görə 3 min manat bir, 2 min manat da bir alıb satıb. Bu günə kimi plastinka halında meşədə doğrayıb 21 URAL ( hər maşında 12-15 kub m olmaqla) yüklərlə Qəbələ rayonu istiqamətində daşıtdırıb. Lakin 1 kub m-də təşkilatlara tədarük olunmayıb. Xahiş edirk nəzərə alasınız.