E-mail: [email protected]
Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı AZAD EDİLDİ - YENİLƏNİB
Ukraynada Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad edilib.
Bunu “Report”un Aran bürosuna tələbənin əmisi Cahin Abdullayev deyib.
"Hüseynin saxlanıldığı ərazidən 130 kilometr aralıda yerləşən Zaporojye şəhərinə gətirilərək Azərbaycan diasporunun nümayəndələrinə təhvil verilməsi barədə rus hərbçilərlə razılıq əldə olunmuşdu. Mən bu gün günorta saatlarında Hüseynlə danışdım və bildirdi ki, artıq rus hərbçiləri onu Zaporojye şəhərinə aparmaq üçün hazırlıq işləri görürlər. Bizə deyiblər ki, Hüseyn bir həftə ərzində Azərbaycana göndəriləcək".
Qeyd edək ki, Neftçala rayon sakini, Hüseyn Amil oğlu Abdullayev Ukraynanın Mariupol Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.
H. Abdullayev 25 gün bundan əvvəl universitet yataqxanasının zirzəmisindən tələbə yoldaşları ilə birgə çıxaraq Azərbaycana qayıtmaq istəyərkən rus hərbçiləri tərəfindən girov götürülmüşdü.
15:29
Ukraynada Azərbaycanın Neftçala rayonundan olan tələbə Hüseyn Abdullayev girovluqdan azad edilir.
Bu barədə “Report”un Muğan bürosuna onun atası Amil Abdullayev məlumat verib.
Onun sözlərinə görə, oğlu Hüseyn girov saxlandığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində Azərbaycan diaspor nümayəndələrinə təhvil verilməsi ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, H.Abdullayev ötən ay sığınacaqdan çıxaraq Mariupol şəhərini tərk etmək istəyərkən maşında olan şəxslərlə birgə girov götürülmüşdü.