E-mail: [email protected]
Buçada zirzəmiyə salınan qızlara kütləvi şəkildə təcavüz edilib - VİDEO
Bu barədə ukraynalı ombudsman Lyudmila Denisova “The New York Times” və BBC-yə müsahibəsində bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, qadınlardan doqquzu hazırda hamilədir.
“Rusiyalı əsgərlər qızlara deyiblər ki, onları o qədər zorlayacaqlar ki, bir daha heç bir kişi ilə cinsi əlaqəyə girməyi düşünməsinlər və ukraynalılardan uşaq dünyaya gətirmək istəməsinlər”, - deyə Denisova bildirib.
Nəşr həmçinin Kiyev ətrafının sakinlərindən biri, 50 yaşlı Anna ilə video yayımlayıb. O, Çeçenistandan olan hərbçi tərəfindən zorlandığını bildirib. Qadının sözlərinə görə, əri onu qorumağa çalışıb və güllələnib.
Xatırladaq ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç də Buça və İrpendə ukraynalı qadınların rusiyalı hərbçilər tərəfindən kütləvi şəkildə zorlandıqdan sonra asıldıqlarını və yandırıldıqlarını bildirmişdi.
Mənbə: AksentMövzu ilə əlaqədar
Arestoviç: “Rusiya əsgərləri ukraynalı qadınları zorladıqdan sonra asıb, yandırıblar”Ukraynada müharibədən zərər çəkən insanlar 24 saat fasiləsiz pulsuz psixoloji xidmətlə təmin ediləcək