15 
apr
2022
23:09
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Deputatdan qalmaqallı iddia: “Dövlət qurumlarında narkotikə qurşanan şəxslər var”

15 apr, 2022
23:09
987

“Bizdə qeyri-rəsmi məlumatlar var ki, dövlət qurumlarında narkotik testindən keçməyən və narkotikə qurşanan şəxslər var. Biz bunun qarşısını almalıyıq”.
“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edib.
“Biz öncədən xəbərdarlıq edilmədən narkotiklə bağlı müayinəni dövlət qurumlarında həyata keçirməliyik. Bizə lazımdır ki, narkomanlar aşkar olunsunlar. Onlar dövlət qurumlarında yer almasınlar”, - deyə deputat vurğulayıb.

Bizimlə əlaqə saxlayın