22 
fev
2023
12:33
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azyaşlılara qarşı seksual zorakılıq: “O adam bizim dayımız oğlu da ola bilər”

22 fev, 2023
12:33
780

Xəbər verdiyimiz kimi, Yevlax şəhərində 1988-ci il təvəllüdlü Kamal usta işlədiyi evin yetkinlik yaşına çatmayan Kəmalə adlı qızına (adlar şərti verilib - red.) təcavüz edib. 
Son vaxtlar Azərbaycanda azyaşlıların seksual xarakterli zorakılığa, hətta təcavüzə məruz qalması ilə bağlı faktların sayı durmadan artır. Sonuncu faktın ictimailəşməsi diqqəti yenidən bu problemə yönəldib. Sosial şəbəkə iştirakçıları analoji halların artmasına görə həm də valideynləri günahlandırırlar. Dorudanmı, bu cür halların artması azyaşlı uşaqların nəzarətsiz qalması ilə bağlıdır? 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm bildirib ki,  bu hadisələrə səbəb müxtəlif olur: 
“Azyaşlıların zorakılığa məruz qalmasına təcavüz edən şəxsin psixi pozuntusu, uşaq olarkən başına gələn eyni tipli hadisələr, sosial şəbəkə (məlumat emalı kamil olmayan insanlarda əks effekt verir) və s səbəb olur. 
Belə insanları gözlə baxdıqda təyin etmək mümkün olmadığına görə, övlad sahibi olan valideynlər diqqətli olmalı, uşağını nəzarətsiz buraxmamalıdır. 
Sual yarana bilər ki, indi biz nə edək, ən yaxın qohumumuza, dostumuza etibar etməyək? Amma problem ondadır ki, etibar etdiyin üçün bütün bunlar baş verir. Yenə deyirəm, insan bizim dayımız oğlu ola bilər, amma onun gizli düşüncəsi və travmaları bizim üçün qaranlıqdır, bunları bilmirik”. 
Onun sözlərinə görə, bu cür hadisələrin baş verməməsi üçün valideynlərin diqqətli olması çox vacibdir: 
“Bu tipli hadisələrin baş verməməsi üçün valideyn uşağa öz sərhədlərini müəyyən etməyə kömək etməli, bədəndə qadağan olunmuş nahiyələri başa salmalıdır. Uşağa üstüötülü şəkildə izah etməlidir ki, nə olar, nə olmaz. 
Valideyn inkişaf etmiş ölkələrdə olduğu kimi uşağa toxunmanı qadağan etməlidir ki, uşaq sərhədi müəyyən etsin. Azərbaycan Şərq ölkəsidir, burada hər evə gələn qohumla uşaq öpüşüb-görüşür və bu hiss adiləşir. 
Əsas olan bir qaydaya isə valideyn əməl etməlidir - uşaq özündən yaşca böyük insanlarla nəzarətsiz buraxılmamalıdır. 
Uşağı qorumalıyıq və özünü qorumağı ona öyrətməliyik. Üstüörtülülük, uşaqla pərdəli davranış uşağı belə vicdansızların qurbanı edir”. 

Bizimlə əlaqə saxlayın