23 
fev
2023
08:30
147

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Yevlaxda uğurla icra olunur

23 fev, 2023
08:30
12147

Azərbaycanın prezidenti seçildiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasət kursuna sadiq qalan prezident İlham Əliyev öz hərtərəfli fəaliyyəti ilə ümummilli liderimizin layiqli davamçısı olduğunu sübuta yetirmişdir. Ölkə rəhbəri kimi onun ilk fərmanları əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətlərində olmuşdur. Regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun inkişafına, kommunal xidmətlərin və sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014—2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmişdir. Qeyd olunanları nəzərə alaraq, ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanaraq təsdiq olunmuşdur. Hal-hazırda bu proqram ölkənin bütün regionlarında, o, cümlədən Yevlaxda müvafiq dövlət orqanları tərəfindən uğurla icra olunur. Dövlət proqramının icrasında Yevlax Şəhər İcra Hakimiyyəti aparıcı rol oynayır. Yerli icra hakimiyyəti orqanı prosesdə bir başa iştirak edərək ölkə rəhbərliyinin müəyyən etdiyi qayda-qanun və prinsiplər əsasında fəaliyyət göstərir. Cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu kadr siyasəti də regionlarda aparılan işlərin daha operativ həyata keçirilməsinə imkan yaratmışdır. Yevlaxda da da bu nümunə özünü göstərir. 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına əsasən Yevlax şəhərinin 12 prospekt və küçə meydanlarda işıqlandırma sistemi yenidən qurulmuşdur. Prospekt, küçə, meydan və parklarda 209 ədəd yeni, müasir işıqlandırma dayaqları quraşdırılmışdır. Şəhərdə 4 nömrəli 105 yerlik iki mərtəbəli, 6 nömrəli 105 yerlik  iki mərtəbəli, 8 saylı 60 yerlik körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir olunmuş, yeni avadanlıqlarla təmin edilmişdir. Xaldan-Zaqatala avtomobil yolunun (M-5) 3-km-dən ayrılan uzunluğu 8.1 km Xaldan-Ərəş-Meyvəli, kəndlərarası uzunluğu 4.3 km olan Qaroğlan və uzunluğu 5.8 km olan Tanrıqulular giriş və kənd daxili avtomobil yolları əsaslı təmir olunaraq asfaltlanmışdır. Şəhərdaxili bir çox küçələrə də asfalt örtüyü salınmışdır. Eyni zamanda İlqar Dəmirov küçəsində yerləşən 3 ədəd iki mərtəbəli 16 mənzilli yaşayış binalarının həyətlərində 2440 kv.m, Q.Quliyev küçəsində yerləşən 7 ədəd beş mərtəbəli binaların həyətlərində 5792 kv.m asfalt örtüyü döşənmişdir. Ümumiyyətlə 2020-2022-ci illərdə qeyd olunana şəhərdaxili yollara və məhəllələrə 90.4 min kv.m (11.2 km) asfalt örtüyü salınmışdır.

Ümumi sahəsi 16900 kv.m olan Dədə Qorqud parkı yenidən qurulmuş və Dədə Qorqud heykəli quraşdırılmışdır. Parkda sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün hər çür şərait yaradılmışdır. Parkın ətrafında olan 1 ədəd beş mərtəbəli binanın dam örtüyü yenilənmiş, 9 ədəd beş mərtəbəli binanın fasadları təmir olunaraq müasir qaydada üzlənmiş və rənglənmişdir. Ərazidə olan yaşayış binalarının kanalizasiya xətləri əsaslı təmir olunmuş və antisanitariya vəziyyəti aradan qaldırılmışdır. Həmçinin ərazidə bulaq kompleksi tikilmiş və artezian quyusundan daimi su xətti çəkilmişdir. Heydər Əliyev Meydanında, Ulu öndərin heykəli ətrafında və Müstəqillik parkında təmir işləri görülmüş və 560 kv.m qranit material işlənməklə ətraflı abadlaşdırılmışdır. Şəhərin Çənlibel adlanan yaşayış məntəqəsində 1.8 ha ərazidə, K.Sabitov və Q.Quliyev küçələrinin kəsişməsində isə 1.2 ha ərazidə bataqlığın qurudulması işləri aparılmışdır. H. Əliyev prospektində və Zərdabi küçəsində, Dədə Qorqud parkında yaşıllıq ərazilərə 16800 kv.m qazon örtüyü döşənmişdir. Nizami prospektində 2 ədəd iki mərtəbəli 16 mənzilli binaların dam örtükləri əsaslı təmir olunub. Şəhərdə qəzalı vəziyyətə olan binalarda yaşayan ailələrin köçürülməsi məqsədilə 45 mənzilli 9 mərtəbəli yaşayış binası tikilərək istifadəyə verilib. Həmçinin, Heydər Əliyev prospektində 6, 8 və 10 nömrəli binaların  həyətlərində  "Abad məhəllə"lər salınmış və binaların fasadları təmir olunaraq rənglənmişdir.

Ümumi sahəsi 4 ha-a yaxın olan Şəhidlər Xiyabanında əsaslı təmir və bərpa işləri aparılıb. Heydər Əliyev Sarayının arxasında, Zərdabi küçəsində sahəsi 3000 kv.m olan uşaq əyləncə və istirahət parkı yenidən qurulmudur. Nizami parkında da əsaslı təmir işləri həyata keçirilib. Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin mərkəz hissəsində yerləşən, ətraf ərazidəki binaların sakinlərinin asudə vaxtlarını keçirdiyi uzun müddət baxımsız vəziyyətdə qalmış “Dostluq” parkında həyata keçirilən əsaslı yenidənqurma və abadlıq işləri yekunlaşmışdır.  Bu illər ərzində təhsilin səviyyəsinə görə SSRİ üzrə ikinci olmuş Xaldan Kənd Kompleks tam orta məktəbinin binası da əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Hal-hazırda mövcud problemlərin aradan qaldırılması istiqamətində əməli addımlar atılır və vətəndaş məmnunluğunun təmin edilməsi ön planda saxlanılır.



Anar Salehoğlu,
İctimai-siyasi fəal

Bizimlə əlaqə saxlayın