24 
fev
2023
15:55
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Deputat Tibbi-Sosial Ekspert Komissiyalarını ləğv etməyi TƏKLİF EDİ

24 fev, 2023
15:55
1287

"Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı ciddi narahatlıq var".
 
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
 
Deputat bildirib ki, şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməli, həmin "Forma-88" daxil olunmalı və onun əsasında pensiya təyin olunmalıdır:
 
"Amma biz görürük ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlavə bir komissiya yaradıblar. Sanki dövlət orqanları bir-birinə inanmırlar. Bu da əlavə gərginlik yaradır və insanları hakimiyyət orqanlarından narazı salır. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarını ləğv etməyin vaxtı çoxdan çatıb. Əgər Səhiyyə Nazirliyində o formalar düzgün verilməyəcəksə, araşdırıb həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Düşünmürəm ki, nəzarətedici orqanların sayını artırmaqla problemləri kökündə həll edə bilərik".

Bizimlə əlaqə saxlayın