25 
mar
2023
15:25
93

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda saxtakar həkimin əməliyyat zamanı etdiyi səhv qadının sağlamlığına ziyan vurdu? - İDDİA

25 mar, 2023
15:25
1393

Bakıda qadın əməliyyat zamanı sağlamlığına ciddi ziyan vurulduğunu bildirir.
Bu barədə Oxu.Az-ın redaksiyasına zərərçəkən Ceyla Hüseynova şikayət ünvanlayıb.
O bildirib ki, A.Şəmsəddinski Tibb Mərkəzində həkim səhlənkarlığının qurbanı olub:
“Klinikada işləyən ginekoloq Aytən Güləhmədzadə məni səhv əməliyyat edib.
Belə ki, bartolin vəzi əməliyyatı olunmalı idim. Mənim bu həkimi seçməkdə məqsədim iki il əvvəl qeysəriyyə əməliyyatımı etməsi olub. Mən problemi ona dedim. O da əməliyyat edə biləcəyini söylədi. 2022-ci ilin oktyabrında həkimin köməkçisi Ceyran xanıma 200 manat beh verdim. Əməliyyata girmədən də sürücüsünü iş yerimə yolladı və qalan 650 manatı ödədim. 2022-ci il oktyabrın 7-də əməliyyat zamanı səhv edərək, sağlamlığıma ciddi zərər vurub və məcburi vaginoplastika edib. Halbuki mən ondan bunu etməsini istəməmişəm. Çünki hər ikisi başqa-başqa əməliyyatlardır. Həmin bartolin vəzinin cavabları dərhal analizə göndərilməli idi. Məni aldatdı ki, göndərmişəm. Əməliyyatdan dərhal sonra göndərilməsi lazım olan nümunələri məcburi yazılı cavab tələb etdikdən iki həftə sonra göndərdi. Əməliyyatdan sonra özümü pis hiss etdim. Oktyabrın 25-də orada analiz verdim. Qeyd edim ki, əməliyyat öncəsi məndən heç bir analiz götürülməyib. Əməliyyatdan yeddi ay keçsə də, əziyyət çəkirəm. Həmin problemin aradan qaldırılması üçün başqa həkim məni iki dəfə əməliyyat etdi. Hələ iki dəfə də əməliyyat olunmalıyam”.
O bildirib ki, məsələ barədə tibb mərkəzinin rəhbəri ilə də görüşüb:

Bizimlə əlaqə saxlayın