30 
mar
2023
15:00
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bərdədə güclü külək dağıntılar yaratdı

30 mar, 2023
15:00
875

Bərdə rayonunda güclü külək dağıntılar yaradıb.
"Turkdunyasi.az" Trend-ə istinadla xəbər verir ki, rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə şəhərin bir neçə küçə və prospektində yerləşən çoxmərtəbəli yaşayış binalarının dam örtüyünün bir hissəsini dağıdıb.
Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb.
Bundan başqa, şəhərin bir neçə küçəsində irigövdəli ağaclar qırılıb. Qırılmış ağaclar kəsilərək ərazilərdən götürülüb, elektrik xətləri isə bərpa edilir.
Bərdə Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa çatdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.

Bizimlə əlaqə saxlayın