24 
mar
2022
12:07
115

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakı Qazax magistral yolunun Aran qəsəbəsi ərazisində qanunsuz və antisanitar şəraitdə balıq satişına kimlər himayə edir?

24 mar, 2022
12:07
5115

Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini dövlət məmurlarını korrupsiyaya və digər neqotiv hallara qarşı mübarizəyə səsləsə də,bununla belə də bu məsələ hələdə öz həllini tapmayıb.Çünki, bu gündə bu çağrışa məhəl qoymayan məmutlar var
RİATV.az xəbər verir ki, Yevlax rayonu aran qəsəbəsi ərazisində Qarabağ kanalının su hövzəsinin yaxınlığında və magistiral yolun kənarında qanunsuz antisanitar vəziyyətdə balıq satışı həyata keçırılır.Eynizamanda, bu qanunsuz və antisanitar vəziyyət Yevlax rayon xanabat qəsəbəsindədə də, hökm sürür.Çox biabırcı hal bundan ibarətdir ki, bu qanunsuz küçə ticarəti cavabdeh qurumların gözü qarşısında həyata kecirilir.Lakin nədənsə bu qanunsuz antisanitar küçə satışına cavabdeh qurumlar göz yumur,və ya görməməzlikdən gəlirlər. Məntiqlə belə nəticə hasil olur ki, 8 saylı Ekolokiya idarəsinin yeni təyin edilmiş rəisi Tofiq Əsgərov,Bələdiyyə sədirlləri, və adı çəkilən hər iki ərazi üzrə sahə müvəkkilləri, AQTA-yi bu qanunsuz kücə satısından pay alırlar.Əgər belə olmasaydı əlbəttə ki, adları çəkilən qurumlar bu qanunsuz küçə ticarətinə qəti icazə verməzdilər.Maraqlıdır görəsən adları çəkilən qurumlar bu yarıtmaz fəaliyyətinə gorə niyə dövlətdən əmək haqqı alırlar? Axı vəzifə səlahiyyətinin öhtəsindən gələ bilməyən məmurlar niyə görə dövlətdən əmək haqqı almalıdırlar?Təbii ki, dövlət adları qeyd edilən məmurlara ona görə əmək haqqı verir ki, yerlərdə öz vəzifələrini layiqincə yerinə yetirib vətəndaşlara, xalqa, dövlətə, şərəflə, vicdanla, xidmət etsin.Lakin kadırlardanda göründüyü kimi qanunsuz və antisanitar şəraitdə balıq satış həyata kecirən şəxslərin qanunsuz əməllərinə adiyyəti qurumlar susqun qalırlar.Bəs görəsən səbəb nədir məmur fəaliyyətsizliyi yoxsa umacaq? Ümid edirik ki, çəkib göstərdiyimiz faktlar bir nəticə verəcək.

Mövzunu diqqətdə saxlayacayıq.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Bizimlə əlaqə saxlayın