16 
apr
2022
22:24
165

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Pensiyalarla bağlı qanuna dəyişiklik EDİLİR

16 apr, 2022
22:24
9165

Yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.
Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
"Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib
Layihəyə əsasən, ailə üzvlərindən biri (ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanacaq.
Qeyd edilib ki, hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Bu isə digər ailə üzvlərinə münasibətdə onların maddi vəziyyətinin ağırlaşmasına və sosial ədalətsizliyə səbəb olur. Qanunun müvafiq maddəsinə əlavədən sonra ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını, yaxud “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik nəzərə alınmaqla sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da ailə üzvlərinin itirilmiş gəlirlərinin kompensasiya edilməsinə, onların maddi vəziyyətinin yaxşılaşmasına və məmnunluğuna gətirib çıxaracaq.

Bizimlə əlaqə saxlayın