apr
2023
08:30
88

Tel:+99450 352 82 91
E-mail: [email protected]

​​​BDU-nin 1-ci kurs tələbəsi Aysel Quliyeva Heydər Əliyev ili ilə bağlı yazdı.

6 apr, 2023
08:30
1288

"Turkdunyasi.az" ​xəbər verir ki, ​​​BDU-nin 1-ci kurs tələbəsi Aysel Quliyeva Heydər Əliyev ili ilə bağlı yazdı.

Nə qədər Azərbaycan var,nə qədər bu millət var,Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq!

-2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri,müstəqil Azərbaycan dövlətinin qurucusu,görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100ili tamam olur.H.Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi,azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlül təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü,xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır.Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan H.Əliyev doğma vətənin xilası naminə misilsiz fədəkarlıq nümayiş etdirmişdir.Geniş bilik və dərin təfəkkür sahibi olan H.Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil,bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini,müstəqilliyini qorumağa qadir olduğunu 44günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla sübuta yetirmişdir.Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş,azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş,milli qürur və iftixar mənbəyimiz olan H.Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır,yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı-Milli Qurtuluş Günü kimi qeyd edilir.
-H.Əliyev xx əsr bəşər tarixinin parlaq şəxsiyyəti,dünyanın tanınmış uzaqgörən diplomatı və siyasi lideri,görkəmli ictimai-siyasi və dövlət xadimi,Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük möcüzə,gənc nəsil üçün nümunə məktəbidir.1952-1957-ci illərdə Bakı Dövlət Universitetin Tarix fakültəsini əla qiymətlərlə,fəxri diplomla bitirən H.Əliyev Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda elmin,mədəniyyətin,maarifin,ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət vermiş və heç bir zaman qayğısını əsirgəməmişdir.1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi,yüksək səviyyəli kadrlarla təmin edilməsi,elmi-intellektual potensialının yüksəldilməsinə böyük kömək göstərmişdir.H.Əliyev 1969-cu ilin noyabrında BDU-nin 50illik yubileyində Azərbaycan dilində çıxış etmişdir.Onun Azərbaycan dilində çıxışı hamının hədsiz sevincinə səbəb olmuşdur.H.Əliyev BDU-nin bundan sonra da Azərbaycanın elm,təhsil və mədəni mərkəzlərinin mərkəzi qərargahı olacaq təhsilin formalaşmasında,mülki və dünyəvi biliklərin tədrisində dünyanın qabaqcıl Universitetlərindən biri olacağını qeyd etmişdir.
-Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur.H.Əliyev gənclərə də xüsusi diqqət və qayğı göstərirdi.Əsası Ümummilli Lider H.Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki,bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.H.Əliyev gənclərlə bağlı bu sözü qeyd etmişdir:-“Hər bir Azərbaycan gənci hər şeydən çox,hər şeydən artıq müstəqil Azərbaycanın bu günü,gələcəyi haqqında düşünməlidir!H.Əliyevin fəaliyyəti Azərbaycan xalqının milli sərvəti,xəzinəsidir,bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir!

Aysel Quliyeva
BDU-nin birinci kurs tələbəsi

Bizimlə əlaqə saxlayın