apr
2023
09:20
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Uşaq evinin direktoru niyə vəzifədən azad edilmir?" — Yeniyetmə qalmaqalı böyüyür

6 apr, 2023
09:20
1381

"Ortada xeyli ziddiyyətli məqamlar, təkzibolunmaz faktlar və ağır ittihamlar var".

Turkdunyasi.az xəbər verir ki, bunu İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Xətai rayonu, 3 saylı uşaq evindəki vəziyyətdən şikayət edən yeniyetmə ilə bağlı müzakirələrə qoşulan ictimai xadim araşdırma dövründə sözügedən uşaq evinin direktorunun vəzifədən uzaqlaşdırılmamasından narahatlığını ifadə edib:

"Bütün ictimaiyyət, media, millət vəkilləri, ziyalılar səfərbər olub. Ancaq müvafiq dövlət qurumu heç olmasa, araşdırma dövründə uşaq evinin direktorunu vəzifədən azad etmir. Bununla da ictimai rəyə, toplum vicdanına açıq hörmətsizlik nümayiş etdirir. Digər tərəfdən isə təqaüd yaşına çatmış və ya az qalmış direktor da etika naminə bütün bu ittihamların fonunda istefa verməyə özündə cəsarət tapmır.

Nəticədə isə uşaq evindəki qanunsuzluq halları ilə bağlı aparılan araşdırmanın nəticəsi ilə bağlı müfəssəl açıqlama yoxdur, eyni zamanda Respublika Psixiatriya Xəstəxanasının baş həkiminin rəyinə baxmayaraq yeniyetmə psixiatriya xəstəxanasında saxlanılır. 

İndi necə etməli, cəmiyyətdəki haqlı suallara necə qarşılıq verməliyik?”

Qeyd edək ki, bundan əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayətlə bağlı sosial şəbəkədə görüntülər yayılmışdı.

Orada qalan uşaqlardan biri uşaq evinə gələn ərzaqların aparıldığını iddia etmişdi.

Yeniyetmə daha sonra öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi müzakirələrə səbəb olmuşdu.

Onu da əlavə edək ki, sözügedən yeniyetmənin ruhi xəstə olmadığını deyən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

Bizimlə əlaqə saxlayın