16 
apr
2023
10:00
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ağacları qırıb obyekt tikənlər haqqında materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək – YENİLƏNİB+VİDEO

16 apr, 2023
10:00
980

“Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisinin kəsilərək məhv edildiyi aşkar olunub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - deyə xidmət rəsmisi qeyd edib.
Bakıda gecə saatlarında yol kənarında yaşıllıq hissədə tikinti işərinə başlanıb.
Ərazidə ağacların kəsildiyi iddia edilir.
“Xezerxeber.az”ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə foto yayılıb.
Məlumata görə, həmin foto Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində çəkilib.
Sakinlər 1 A saylı binanın qarşısında yaşıllığın məhv edildiyini, obyekt tikildiyini iddia edirlər.
Çəkiliş apardığımız müddətdə tikintini aparan və ya prosesə məsul olan şəxslərdən heç birini ərazidə tapa bilmədik. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları həmin ünvana gəliblər. Onlar görülən işlərə müdaxilə ediblər.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda keçirilmiş monitorinq zamanı müvafiq icazə sənədi olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. İşlərin qarşısı alınıb. Sözügedən ünvan nəzarətə götürülüb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

 

Bizimlə əlaqə saxlayın