18 
apr
2023
18:30
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yoldaş Təhməzovun daha bir gizli BAZARLIĞI - İDDİA

18 apr, 2023
18:30
1375

Ötən yazılarda bildirdiyimiz kimi, AQTA-nın aprelin 6-da kolbasa və sosiska istehsalçısı olan nüfuzlu şirkətlərinə qarşı «Səlib yürüşü»nün əsl səbəbi bəlli oldu… Budur, AQTA istehsalçıları stressə salan məlum məlumatında yazırdı: «…İstehlakçılara müraciət edirik ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan bu kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər!!!».

Təbii ki, bu məsləhətin fəlsəfəsi təqdirəlayiqdir. Lakin sonradan məlum olanda ki, AQTA dünən kolbasa və sosiskalarını yeməməyi tövsiyyə etdiyi şirkətləri bir gün sonra, özü də məhz istehlakçılardan xəbərsiz olaraq, təmizə çıxarması təəssüf hissi doğururdu.

İndi keçirik faktlara: AQTA «M&T" Ltd şirkətinin də adını əvvəl qara siyahıya salmışdı. Bu barədə ilk dəfə yayımlanan, yəni ictimailəşdirilən cədvəldə şirkət barədə AQTA yazırdı: «M&T» Ltd firması, "Sevimli Dad" əla növ südlü sosiska, 05.02.2023-də-ki laborator analizdə üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb».

Təsəvvür edirsinizmi, belə çıxırdı ki, şirkət bizə mal əti sosiskasını satır, alırıq, özümüz və uşaqlarımıza bu südlü deyilən sosiskadan yedirdirik, AQTA-nın araşdırmasından sonra bəlli olur ki, içində mal ətindən əsər-əlamət yoxdur… Nəticədə, istehsalçı bu anti-reklamdan təbii ki, istehsalçı infarkt keçirməli, istehlakçı isə şok keçirməlidir!!!

Amma və lakin… Bir gün sonra məlum olur ki, AQTA istehlakçı etibarına xəyanət edib. Bu da sonradan xəlvəti olaraq AQTA tərəfindən həmin «qara siyahı»ya edilən düzəliş: ««M&T» Ltd firması, "Sevimli Dad" əla növ südlü sosiska, 05.02.2023-də aparılmış laborator analiz. Üzərində mal və donuz əti bəyan edilsə də, tərkibində yalnız donuz DNT-si aşkarlanıb».

Bu qədər də qanunsuzluq və etibara xəyanət olarmı???

Bəs bunlar niyə və nədən baş verib??? Bu barədə növbəti yazıda təqdim ediləcək. Çünki AQTA-dan redaksiyamızın elektron poçtuna sensasion məlumatlar göndərilib…

«Təzadlar»ın Araşdırma Qrupu

Bizimlə əlaqə saxlayın